2 Nisan 2015 Perşembe

Xakerler

Hakerlər (Xakerlər)


Haker (ingiliscə hacker,rusca хакер) proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun.
Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var:
  • Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır.
  • Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır.
  • Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır.
  • Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
  • Bir şəxs ki, intelektual cəhətdən limit (məhdudiyyət) qoyulmuş peşənin öhdəsindən gəlsin.
  • Bir şəxs ki, proqramlaşdırma sahəsində malik olduqları biliklərlə şəxsi mənafelərinə xidmət etmək və ya başqasına ziyan vurmaq.
  • Bir şəxs ki, kompyuterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq vəantivirus proqramları satıb pul qazanmaq.
  • Bir şəxs ki, haker dəyərlərini başa düşür və qiymətləndirir.
Əksərən haker (hacker) və kreker (cracker) sözləri səhv salınır. Hakerlər həqiqi profesionallardır və onların kompyuterlərdən informasiya oğurlamaq, başqasının işlərinə burunlarını soxmaq kimi vərdişləri yoxdur. Bu cür adamlara krekerlər deyirlər. Həmçinin friker (freecker - kompyuterdən başqa elektronik cihazlardan havayı, pul vermədən istifadə edir. Məsələn havayı telefonla danışır) və karder (digərlərinin elektron kartlarından öz məqsədi üçün istifadə edir) kreker anlayışına yaxındır.
Bundan başqa bu sözün kökü olan hack sözünün program təminatı terminologiyasında bir başqa istifadəsi də vardır. Bu bir proqramlaşdırma məsələsinin "bilərək qeyri-dəqiq həlli" mənasına gəlir və ən qısa vaxtda bu cür məsələlərin qeyri-hack metodları ilə həlli zəruridir.

Hakerlərin kateqoriyaları

Haker cəmiyyətinə o insanlar aiddirlər ki, onlar özlərini haker hesab edirlər və ya başqaları tərəfindən onlar haker hesab edilirlər. Bu cəmiyyətin nümayəndələri üç qrupa bölünürlər. Əksərən işlənən "kreker" sözü hakerlərin kateqoriyalarından daha çox onları dəqiqləşdirmək məqsədi güdür.
Haker: Yüksək ixtisaslı proqramçı
Bu zaman haker sözü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülür. Bu cür hakerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar.
Haker: Kompyuter və şəbəkə təhlükəsizliyi üzrə ekspert
Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompyuterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar:
  • "Qara kepkalılar" (Black hat)
  • "Ağ kepkalılar" (White hat)
  • "Boz kepkalılar" (Grey hat)
"Qara kepkalı" hakerlar əsasən illegal -- özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli -- işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompyuter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır.
Haker: Texniki təminat dəyişdiriciləri
Hakerlərin digər növü isə kütləvi şəkildə istehsalda olmaya texniki hissələr yaratmaq, onları yeniləşdirməklə məşğuldurlar. Bu fəaliyyətin son nəticəsi əsasən onunla qurtarır ki, kompyuterin hissələr tez-tez standart vasitələrlə yenilənir və ya onlar kompyuterlərə yarı-kosmetik düzəlişlər edirlər. Onlar bunu rahatlıq və ya estetik zövq üçün edirlər. Kompyuterə cürbəcür işıq effektləri quraşdırmaq bu cür hakerlər arasında geniş yayılmışdır. Bu tip hakerlərdən ən yüksək səviyyəliləri texniki hissələrin imkanlarını artıranlardır;bu cür insanlar əksərən profesional elektrik mühəndisləri olurlar. Bu tip hakerlərin fəaliyyətlərinə 1980-cı illərin sonu 1990-cı illərin əvvəllərində satıcı və kofe düzəldən maşınlara TCP/IP əlavə etməklə onları idarə etmək kimi nümunələr göstərmək olar.

"Haker" sözünün mənşəyi və haker sözünün mənaları

Çox böyük ehtimalla "Haker" (Hacker) sözü öz ilkin mənasında İnformasiya texnologiyalarının yüksək inkişafı nəticəsində Massaçusetts Texnologiya İnstitutunda 1960-cı illərdə meydana gəlmişdir. Termin meydana çıxdığı zaman heç də kütləvi şəkildə istifadə olunmamışdır. Buna səbəb isə kompyuterlərin geniş yayılmaması idi. Termin ilkin olaraq lokal söz kimi işlənmişdir və mənası hər hansısa bir problemin sadə amma kobud şəkildə həlli; tələbələrin hədsiz hiyləgərlik işlətmələri (əksərən bu şəkildə qaydaları pozanları məhz haker adlandırmışlar) demək idi. Beləliklə haker sözü 1960-cı illərədək kompyuter və informasiya texnologiyalarına aid olmayan mənalarda işlənmişdir.
İlkin olaraq to hack (sındırmaq, kəsmək) jarqon kimi istifadə olunmağa başlamışdır. Bu o mənada işlədilir ki, hər-hansısa bir proqrama "ayaqüstü" düzəliş edəsən. Tədricən to hack sözü hacker sözünə kimi isimləşdi. Əsl haker kiminsə proqramındakı səhvi tapıb deməklə yanaşı onun həlli üsulunu verməyi çox lazımlı hesab edirdi. "Haker" sözü məhz buradan törəmişdir.
Hakerlər heç də həmişə edilmiş dəyişiklikləri proqramdakı səhvləri düzəltmək məqsədi ilə etmirdilər - bəzən bu dəyişikliklər müəlliflərin istəklərinin əksinə olaraq proqramın fəaliyyətini dəyişdirə bilərdi. Bu cür hadisələrin sayı getdikcə artırdı və hakerlərin fəaliyyəti aşkar olunurdu, hakerlik isə müəllif və istifadəçi arasında əks əlaqəyə çevrilirdi, jurnalistlər üçünsə bundan maraqlı heç nə ola bilməzdi. Daha sonra gizli proqram kodları erası başladı. Əksər proqramların kodları əlçatmaz oldu, gizli proqram kodlarının açılması isə hədsiz çox vaxt aparmağa başladı, küllü vəsait tələb etməyə başladı. Nəticədə hakerliyin müsbət rolu heçə endi. Proqram kodlarının açılması və onlara redaktə etmək üçün yalnız güclü motiv lazım idi, tezliklə bəzi hakerlərdə bu motivlər tapıldı - onlar başa düşdülər ki, bu yolla pul və populyarlıq qazana bilərlər.
Nəticədə haker sözünün yeni, təhrif olunmuş formaları meydana gəldi: bu termin daha çox kompyuter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cani kimi başa düşülməyə başladı. İlk dəfə olaraq haker sözünü bu mənada Klifford Stoll tərəfindən "Ququ quşunun yumurtası" kitabında işlətmişdir, terminin bu mənada məşhurlaşmasında "Haker" kinofilminin də çox böyük rolu var. Hal-hazırda bu söz daha çox veb-təhlükəsizliyi pozulduğu zaman hak, hak etmək kimi istifadə olunur.
Azad və açıq proqram təminatının müdafiəçisi kimi tanınan şəxslərdən bəziləri- məsələn Riçard Stollmen haker sözünü yalnız ilkin mənada işlətməyə çağırır.

Tanınmış hakerlər

  • Tim Berners-Lee
  • Linus Torvalds
  • Larri Uold
  • Rasmus Lerdorf
  • Riçard Stollmen
  • Ceff Raskin
  • Con MakKarti
  • Erik Reymond
  • Robert Morris
  • Kevin Mitnik
  • Dennis Riçç
  • Ken Tompson

Haker terminləri (haker slenqi)

  • Sniffer: Kompyuter şəbəkəsində informasiya trafikini idarə edən bir vasitədir. Hücum edən adam gizlice informasiya axınını izləyir və lazım olduqda bu paketləri handle edə bilir.
  • Spam Tool: Bir istifadəçiyə istəyi olmadan göndərilən reklam və ya kimdən göndərildiyi məlum olmayan emaillər yollayan bir proqramdir.
  • Spoofer: Hakerlərin sistemlərə həmin sistemin istifadəçisi olduğu kimi gostərmək üçün istifadə etdiyi proqramdır. Ən çox istifadə olunanı spoofing üsulu smurfs hücumlardır. İstifadəçinin IP-lərinə furmadan paketlər yollayır və cavab aldığında o IP altına girir. Amma internet trafikinqi flood səbəbinə görə zəifləyir.
  • Port Scanner: 65536 dənə porta girişi olan bir kompyuterin portlarının vəziyyəti haqqında hakerlərə bildirmək işinə yarayır.
  • Word List: Brute Force istifade olunan bir kompyuterə qarşı istifadə olunan parolların yerləşdiyi bir mətn faylıdır.
  • Brute Force: İstifadəyə haqqı olmayan istifadəçilərin parolu olan sistemə hakerlərin əlindəki wordlist vasitəsi ilə parolları yoxlayaraq tapmağa çalışan bir parol sındırıcı (passwd cracking) proqramdır.
  • Flooder: İnternet əlaqənizi sürətli pingler göndərərək yavaşladan və DOS hücumuna səbəb bir proqramdır.
  • Hijacker: İstifadəçinin internet browserine homepage olaraq qurulan porno sayt tipli linkləri verən və bunları dəyişdirməyin qarşısını alan bir nervi troyanı.
  • Keylogger: Özünü startup-a yerləşdirən və bəzəndə gizlədən bir proqramdır. Məqsədi isə klaviturada yazdığınız hər şeyi komyuterinizdə gizli bir text faylına kopyalayır və bu proqramı sizə göndərənə göndərən bir proqramdır.
  • Packer: Faylları sıxışdırmaya ve başlıqlarına (headerlərini) parol qoymağa yarayan ve beləliklədə serverlerin anti-virus və anti-troyan proqramlardan qoruyan bir vasitədir.
  • MailBombers: İstifadəçinin email ünvanına minlərlə email göndərən və göndərənin kim olduğunu əngəlləyən bir proqram.
  • Worm: Konkret mənası yoxdur. Virus kimidir. Bunu hazırlayanın fantaziyasına uyğun hazırlanır. Tapılan bir deşik vasitəsiylə informasiyaları, parolları onu hazırlayana göndərə bilən bir vasitə.
  • Hostile Script: VBS, WSH, JS, HTA, JSE, VBE faylları uzantısına sahib olan text faylların işlənməsi əsnasında sistemdə müxtəlif problemlərin çıxmasına səbəb olur.
  • Hostile Activex: İstifadəçinin xəbəri olmadan yada bilmədən qəbul etdiyi internet səhifəsində kompyuterə yerləşib xəbərsizcə ishə düşən hostile activexler hard diski silmədən, parolların oğurlanmasını və daha bir çox işləri görə bilir.
  • Exploit: Sistem deşiyi (zəifliyi) olaraq bilinir. Hakerlər tərəfindən hazırlanan bu exploitlər sistemə girən bir yoldur.
  • Dropper: İstifadəçinin kompyuterinə ftp server-i açaraq müxtəlif troyan və virusların istifadəçinin xəbəri olmadan kompyuterinə endirilməsini təmin edən bir vasitədir.
  • RAT: Uzaqdan idare etmə proqramı kimi adlandırmaq olar. Bununla pis niyyətli hakerlər istifadəçinin kompyterinə girə bilir və istədiyi hərəkəti eləyə bilir.
  • DOS:(Denial of Service) Hər hansı bir saytın dondurulması işinə yarayır. Sayta daha çox paket və ya flood göndərib Dos hücumla saytın işləməsini dayandırır.
  • Malware: İstifadəçi məlumatı olmayan kompyuterdə işləyən, kompyuterə zərər vermək məqsədi güdən hər proqrama verilən ümumi bir addır.
  • Proxy: İstifadçinin IP-sinə 80,8080 kimi portlardan bağlanıb əldə edilən IP-yə proxy deyilir.
  • Java: Webmasterlərin tez-tez istifadə elədikləri java appetlərin işləməsinə yarayan bir proqramdır.
  • Cookie: Web səhifələri tərəfindən kompyuterimizə xəbərsizcə buraxılan və bir səfərki girişimizdə səhifənin bizi tanımasını təmin edən kiçik txt fayldır.
  • P2P software: Kazaa, Imesh tərzindəki proqramlara verilən və istifadəçilərin qarşılıqlı bir-birinə bağlanaraq fayıl alış - verişini təmin edən bir proqramdır.
  • Kriptoqrafiya: Məlumatın anlaşılmaması üçün hər hansı bir funksiya ilə dəyişdirilməsindən(və yenə anlaşılacaq vəziyyətə gətirilməsindən)bəhs edən elmdir.
  • Lag: Daha cox IRC istifadəsində hiss etdiyimiz yavaşlama, gecikmə hadisəsinə verilən addır.
  • Adware: Reklam məqsədli olan istifadəçilərə istəkləri olmadan saytları açan, homepage-i dəyişdirən və bunun kimi hərəkətləri edən bir proqramdır.
  • Fake Mail: Email istifadəçisini aldadaraq onun login və parolunu oğurlamağa yarayan bir hak üsulu.

Qisayol duymeler

 Qısayol düymələr


Microsoft Word (Wordpad) proqramında funksional qısayol düymələri
  • CTRL+A – Bütün yazıları qeyd etmək
  • CTRL+B – Qeyd olunmuş yazını qalınlaşdırır
  • CTRL+C - Surətin çıxarılması
  • CTRL+D – Font altmenyusunu açır
  • CTRL+E – Yazını səhifənin mərkəzinə çekir
  • CTRL+F – Sənəddə lazım olan söz və ya simvolun axtarılması
  • CTRL+G – Sənəddə keçid
  • CTRL+H – Sənəddə lazım olan söz və ya simvolun axtarılması və əvəz olunması
  • CTRL+I – Qeyd olunmuş yazını maili edir
  • CTRL+J – Qeyd olunmuş yazını enə görə düzür
  • CTRL+L – Yazını səhifənin sol təfəfinə çekir
  • CTRL+N – Yeni sənədin yaradılması
  • CTRL+O – Yaranmış sənədlərin açılması
  • CTRL+P – Sənədi çap etmək
  • CTRL+R – Yazını səhifənin sağ təfəfinə çekir
  • CTRL+S – Yaranmış sənədi yaddaşa vermək
  • CTRL+U – Qeyd olunmuş yazının altından xətt çekir
  • CTRL+V – Yerləşdirmək
  • CTRL+W – Səhifəni bağlamaq
  • CTRL+X – Kəsmək
  • CTRL+Y – Ləğvin təkrarı
  • CTRL+Z – Son görülən işin ləğvi
  • SHİFT+F3 – Böyük və kiçik hərflərlə yazılış
  • F12 - Yaranmış sənədi yaddaşa vermək
  • ALT+F4 – Proqramdan çıxış
  • ALT+F(E,V,I,T) menyularla işləmək
  • CTRL+BACSPASE – kursordan əvvəl gələn sözu silir
  • CTRL+DELETE – Kursordan sonra gələn sözü silir
  • CTRL+HOME – Kursoru mətnin əvvəlinə yerləşdirir
  • CTRL+END – Kursoru mətnin sonuna yerləşdirir

NOTEPAD

  • Alt+F4 proqramdan çıxış
  • F3 - mətnin içərisində növbəti sözün, mətnin sətrinin, bir simvolunun axtarılması
  • Ctrl+G əmri sənədin konkret abzasına keçilməsi
  • F5 - saat və tarixi yapışdırmaq
  • F1- əmri seçsəniz dialoq pəncərəsində Notepad proqramına aid qovluqlar siyahısı açılacaqdır.

Paint Rəsm Redaktoru

  • Ctrl+T - əmri sahəni böyütmək üçün sol tərəfdə olan alətlər qutusunu pəncərədən götürür və bərpa edir
  • Ctrl+L - əmri pəncərənin aşağı hissəsində olan rənglər qutusunu götürür və bərpa edir
  • Ctrl+F -rəsmə tam baxmaq imkanı yaradır
  • Ctrl+R - əmri şəkli şaquli, üfüqi ox boyunca və 90, 180, 270 dərəcəli bucaqlar altında döndərir
  • Ctrl+W - əmri rəsmin meylliliyini dəyişdirmək üçün istifadə edilir
  • Ctrl+İ - əmri seçilmiş hissənin rəngini dəyişdirir
  • Ctrl+E - əmrilə rəsm sahəsinin parametrləri təyin edir
  • (Ctrl+Shift+N) - əmri rəsm sahəsini bütün çəkilmiş rəsmlərdən təmizləyir
  • TAB – irəli
  • SHİFT+TAB – geriyə
  • CTRL+ENTER – yeni səhifəyə keçid
  • CTRL+ESC – START menyusunu aktivləsdirilməsi
  • CTRL+F2 – Çapdan əvvəl baxış
  • CTRL+M – xətkəşin idarə edilməsi

Emeliyyat sistemleri

məliyyat sistemləri


Ms-Dos əməliyyat sistemiDOS -  sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi "Disk əməliyyat sistemi" deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub,əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir.Komputerlərin digər funksiyaları:qrafika,səs,yazma,şəbəkədə gəzinmə,yaddaşa nəzarət,çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki,hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir.Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da,DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir.DOS-un tarixi komputerlərin tarixi ilə başlayır.DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir.Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.

Windows əməliyyat sistemi
Windows - Maykrosoft şirkətinin personal komputerlər və serversistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir.Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir.XP adı ingilis sözü olan "experience" sözündən gəlir və Azərbaycan dilində mənası "təcrübə" deməkdir.Windows XP hal-hazırda dünyada ən çox istifadə edilən əməliyyat sistemidir.Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur.Onu da qeyd etmək lazımdır ki,Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır:

  • Windows 1.0
  • Windows 2.0
  • Windows 3.0
  • Windows 95
  • Windows 98
  • Windows NT
Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır.Windows əməliyyat sistemi ailəsinin Cairo,Nashville,Neptune,Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir.Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir.Windows XP Service Pack 2-nin də satışı 2010-cu ildə bitmişdir.Windows XP Service Pack 3 isə 2014-cü ilə qədər satılacaqdır.


Macintosh əməliyyat sistemi Apple kompüterlərində istifadə olunurMacintosh -  qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır.Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır.Onu da qeyd edək ki,Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir.Macintosh-dan əvvəl Apple şirkətinin Lisa,Apple II,Apple III kimi sistemləri olsada 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər.Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X deyə iki qrupa ayrılırlar.İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər.Onu da qeyd edək ki,2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir.Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır.Apple şirkətinin istehsalı olan personal komputerlərə Maykrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.


UNİXUNİX - 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmişsistemlərdir.Lakin,xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir.UNİX-in əsası 1965-ci ildə MİT,AT&T Bell Labs və GE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır.MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi.1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir.Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı.Bu versiya Assembler ilə yazılmışdı.1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar.Beləliklə də,UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir


Linux əməliyyat sisteminin loqosu pinqvindirLinux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə istifadə edilə bilər.Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk,noutbuk,server komputerləri,is stansiyaları,ağıllı telefon,stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir.Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir.Təbii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür.Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür.Mint,Ubuntu,openSUSE,Pardus,Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.

Palm OSPalm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir.Bu,şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir.Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur.2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı.Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı.Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur.Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi.

Alqoritm

 Alqoritm anlayışı


Alqoritm və onun xassələri

Alqoritm - verilmiş hər hansı tip məsələnin həlli üçün yerinə yetiriləcək əməliyyatlar ardıcıllığıdır. Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur, başqa sözlə, məsələnin həllini təmin edən formal qaydalar sistemidir.

Bizim hər bir görəcəyimiz iş müəyyən bir alqoritmə əsaslanır. Məsələn, yeməyin hazırlanma resepti, mebelin quraşdırılması üzrə təlimat, kompyuter proqramlarının istifadəsi üçün dərslik və s. Bu siyahını istənilən qədər artırmaq olar.

Alqoritmin dəqiq riyazi tərifi yoxdur.
 
Alqoritmin yaranma tarixi
Alqoritm anlayışı riyaziyyatda eyni tip məsələlərin həllində ümumi metodların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) ilk dəfə IX əsrin görkəmli özbək riyaziyyatçısı   Əl-Xarəzmtərəfindən verilmişdir.
Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır (Algorithmi). Onun hesab elminə dair yazdığı "Hind rəqəmləri ilə hesablama kitabı" adlı əsərinin latınca tərcüməsi gəlib bizə çatmışdır. Bu kitab "Alqoritm dedi" kəlmələri ilə başlayır. Burada işlədilən "Alqoritm" sözü uzun müddət riyaziyyatçılar üçün riyazi sirr olaraq qalmışdır. Nəhayət, XIX əsrin 40-cı illərində dəqiq müəyyən edildi ki, bu söz "ƏL-XARƏZMİ" sözünün latıncada düzgün olmayan tələffüzü nəticəsində alınmışdır. Məsələnin kompyuterdə həlli baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesab və məntiqi əməllər (mərhələlər) ardıcıllığıdır. Bu mərhələlərdə uyğun olaraq hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq digər mərhələnin icrasına keçilir. Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əməllər kompyuterin qəbul edə biləcəyi şəkildə verilməlidir. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir:

1. Hesablamada mütləq qiymətcə kompyuterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması;
2. Sıfırın və ya mənfi ədədlərin loqarifmlərinin hesablanması;
3. Mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi (məs, |x|>1 olduqda, arcsin x və ya arccos x-in hesablanması) və s.

Alqoritmin əsas xassələri
Alqoritm həll ounan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir.

Alqoritmin əsas xassələri aşağıdakılardır:

·Determiniklik (müəyyənlik)
·Kütləvilik
·Nəticəvilik (sonluluq)
·Diskretlik

1. Determiniklik (müəyyənlik)
 Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir.
2. Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur:
a)müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır;
b)alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
4. Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır.

Alqoritmin təsvir üsulları
Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır:

·Sözlə təsvir (Təbii dillə);
·Alqoritmik dillə təsvir (proqram);
·Qrafik təsvir (Blok-sxem).