9 Mart 2015 Pazartesi

Access

İnformatika → Verilənlər bazası və Access haqda elementar biliklər


Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.
İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:
  1. Relyasion
  2. Şəbəkə
  3. İerarxik
Relation tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur. Access tətbiqi proqramı verilənlər bazalarının idarəetmə sistemlərindən biridir, VB-nın tərtibi və emalı üçün istifadə olunur. Verilənlə bazasının tərtib hissələri:
  1. sahə(pole)
  2. yazı(zapis)
  3. cədvəl
Sahə - hər hansı bir obyekti xarakterizə edən müəyyən bir elementdir. Misal üçün obyekti tələbə olan verilənlə bazasında obyekti xarakterizə edən amillər tələbənin adı, soyadı, təvəllüdü, cinsi və s.  – sahələrdir. Cədvəl rejimində sahənin təsviri üçün sütun ayrılır. Sahənin adı cədvəldə sütunun adı olur.
Yazı – Konkret obyekt haqqında tam məlumat yığımıdır. Obyekti tələbə olan verilənlər bazasında bir tələbə haqqında olan tam məlumatdır. Cədvəl rejimində yazı sətirlərdir.
Məntiqi, qarşılıqlı əlaqəli və müəyyən bir predmet oblastı əhatə edən verilənlər toplusu relyasion bazanı təşkil edir. Və yaxud verilənlər bazası müəyyən predmet oblastının bütün obyektləri haqqında toplanan məlumatlar toplusudur.
Relyasion bazasını idarəedən sistemlər: FoxPro, Clipper, Access və s..

  1. MS Access proqramının yüklənməsi. (Start/Proqrams/MSAccess)
  2. Standart paneldə New düyməsini sıxmaq və yaxud File/New əmrini seçmək lazımdır.
  3. File/ NewDataBaze pəncərəsi açılacaq. İlk növbədə yaradılacaq verilənlər bazasına ad verilməli və müəyyən ünvanda yadda saxlanılmalıdır. Misal üçün: C:/Baze/Library. Verilənlər bazasının adı Obyektin adı ilə adlandırılsa daha məqsədəuyğun olar. Nəhayət, verilənlər bazasını tərtib etmək üçün aşağıdakı pəncərə açılır.
Cədvəllər konstruktor rejimində tərtib olunur. Bu rejimdə verilənlərin tipini, sahələrin adlarını dəyişmək, lazım olmayan sahələri pozmaq mümkündür.
Ms Access proqramında aşağıdakı obyektlərlə tanış olaq.
Cədvəl – sətir və sütunlardan ibarətdir. Cədvəlin sətirlərinə yazı(zapis), sütunlarına isə sahə(pole) deyilir. Hər bir cədvəldə eyni tipli obyektlər haqqında məlumat saxlanılır.(Tables)
Forma – Verilənləri cədvələ daxil etmək üçün vasitə obyektidir.(Forms)
Sorğu – Bir və ya bir neçə cədvəldən məlumat almaq imkanı verən obyekt.(Quers)
Hesabat – Məlumatların ekranda, çapda əks etdirmək üçün istifadə edilən obyekt.(Reports)
Makros - əməliyyatları sürətləndirmək üçün makrokomanda vasitəsi ilə reallaşdırılan əməliyyatlar ardıcıllığıdır
Modul – Qeyri-standart proseduraları həyata keçirmək üçün Visual Basic proqram dilində tərtib olunan proqramdır.

Verilenler Bazasi

 Verilənlər bazası


Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.
Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:
  • Microsoft Access
  • Open Office Base
  • Foxpro
  • Microsoft SQL Server
  • Oracle
  • My SQL

Verilənlər bazasının məqsədi və tərifi

İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri - elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.
VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.
Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.
Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur. Tərif. VB - informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

Verilənlər bazasının strukturu

Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
  • iyerarxik;
  • səbəkə;
  • relyasion.
  1. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.
  2. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.
  3. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.

Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri

Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.
  1. Sahələrin xüsusiyyətləri
  • Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
  • Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.
  • Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
  1. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
  • Mətn sahələr - mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var - onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
  • Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
  • Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
  • Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.
  • Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.
  • Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
  • Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
  1. Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
  2. Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı

VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
  • VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:
  1. Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
  2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
  3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
  4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
  5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
  6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
  • VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
  1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
  2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
  3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
  4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
  • xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
  • məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
  • daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).

2 Mart 2015 Pazartesi


Kompyuterin texniki əsaslari.Kompyuterin arxitekturasi.

      Kompyuter - informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompyuter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
   İnformatikanın əsas tərkib hissəsi olan kompyuter texnikası kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını vəarxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görəİnformatikanın inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur.
İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesabəməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.
Müasir kompyuterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərindəAmerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompyuter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan etibarən kompyuter texnikası vətexnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
   I nəsil (1950-1959) - elektron lampalı kompyuterlər. Onlardanəsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
   II nəsil (1960-1969) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan elektron hesablama maşınları. Elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
   III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompyuterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM vəbaşqa elektron hesablama maşınları yaradılmışdır. Bu nəsil kompyuterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinədaxil olan ABŞ-ın RDR, VAX kompyuterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
   IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, ÇBİS) texnologiyası ilə yaradılan mikro və mini kompyuterlər. Bu nəslin ayrıca sinfi fərdi kompyuterlərdir (FK). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: IBM PC, IBM XT, IBM AT 286, IBM AT 386, IBM AT 486 və s.
   V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalarınaəsaslanan indiki və gələcəyin kompyuterləri. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcəyeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görməvasitəsi ilə ünsiyyəti təmin etməyəən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinəəsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompyuterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə(nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompyuterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
Quruluşu:
Kompyuter aşağıdakı qurğulardan təşkil olunmuşdur:
  Sistem bloku,
  Monitor,
  Klaviatura,
  Maus, (siçan).

  Əlavə qurğular (periferiya qurğuları):
  Printer, (çap qurğusu)
  Skaner,
  Modem,
  rəqəm videokamerası,
  səs gücləndiriciləri və s.

  Kompyuterlər portativ variantda da istehsal olunur – "bloknot" (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isəklaviaturaya qapaq şəklində hazırlanır.
  Monitor – informasiyanı əks etdirən qurğu.
  Klaviatura – kompyuterə məlumatı (verilənləri və əmrləri) daxil edəəsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşına istənilən simvolu (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
  Printer – kompyuterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklindədeyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyuymda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
  Skaner – kağız üzərində olan mətn və qrafik məlumatı kompyuterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərəvə ya çap qurğusuna ötürülməsini təmin edir. Kompyuterə çox zaman USB portu vasitəsi ilə qoşulur.
  Multimedia – informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompyuter sistemində tam şəkildəbirləşdirir.
  Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama maşınıdır (EHM). Bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur.

Sistem bloku

  Kompyuterin sistem bloku sistem platası (ana plata) və ona qoşulmuş aşağıdakı hissələrdən təşkil olunmuşdur:
  operativ yaddaş (RAM) modulları
  mərkəsi prosessor və onun soyutma sistemi;
  müxtəıif adapterlər;
  Sərt disk qurğusu (Hard Disj Device- HDD);
  Disket sürücüsü (Floppi Disk Drive- FDD);
  CD-ROM (Compact Disk Read Only Memory);
  CD-RW (Compact Disk Rewritable);
  Səs platası (Sound Card);
  Qida bloku;

  Mərkəzi mikroprosessor – proqramları icra edən qurğudur. Prosessorun sürəti bir saniyədə onun yerinə yetirə biləcəkəməliyyatların sayı ilə təyin edilir. Bu, bir çox amildən asılıdır. Onlardan takt tezliyini, bit sayını və mikroprosessorun arxitekturasını göstərmək olar.

 
      Kompyuter şini və ya sistem şini – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. Kompüterin bütün hissələri bir-biri iləsistem şini vasitəsilə birləşmişdir.

Fərdi kompüterlərdə sistem şini
   Fərdi kompüterlərdə sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard Architecture) vəPSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir. ISA şinlər: verilənlər (16 bit), ünvan (20 bit) və idarəşinindən (8 xətt) ibarət olur. Fərdi kompüterlərin əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan və idarə qurğusundan ibarətdir. İdarə qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə hesablama əməllərini yerinə yetirir.
   Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan (RAM - Random Access Memory) istifadə edirlər. Fərdi kompüterlərdə istifadəolunan xarici qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi) istifadəedirlər.


   Giriş – çıxış qurğularının koməyi ilə kompüterləətraf mühitləəlaqədə olur. Giriş qurğularına misal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı, TV- tüneri və s. göstərmək olar.
   Klaviatura – kompüterə məlumatı daxil edəəsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kompüterəistənilən simvolları (rəqəm, hərf, və s.) daxil etmək mümkündür. Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 klaviş(düymə) olur.
   Mouse (sıçan) - kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mous”-u hərəkət etdirməkləkursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdəoptik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.
   Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterədaxil edilir.
   Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur. Qrafiki planşet (digitizer) - əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.
   TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.
   Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərindəolan mətn , şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterəUSB portu vasitəsi ilə qoşulur.
   Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını, grafikçəkəni, strimmeri və s. göstərmək olar.
   Monitor- çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görəaşağıdakı ölçüdə olurlar: 14,15, 17,19 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərəbölünürlər: elektron-şüa borusu, mayekristal və plazma. Plazma vəmayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.
   Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklindədeyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm=25.4 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları. Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar.
   Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən ibarət olur. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir, rəngli lentəzərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnıqlı çap qurğularını göstərməl olar. Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcəaralıq məlumat daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı quru toz ilə örtülür. Ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer qurğularının çap keyfiyyəti və sürəti çox yüksəkdir.Bu çap qurğuları dəqiqədə 4 -16 səhifə çap edə bilir və 1dyümdə 600 ÷ 1200 nöqtə yaza bilir.
   Şırnıqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir.Bu printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürdülür. Şırnıqlı printerin qiyməti nisbətən ucuz olur. Rəngli çap etmə qabliyyətinə malik olurlar. 1 dyüm məsafədə300ё720 nöqtə vura bilirlər. Çap başlığında 48-dən 416-ya qədər deşik olur.
   Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur. Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.
   Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərindəsaxlayan yaddaş qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma vəyazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.
   Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündəmikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.
   Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur. Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) qoşulur