DOMEN
Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur.Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytınünvanını göstərir.
Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öznövbəsində ikinci səviyyəli Wikipedia domeninə, Wikipedia isə birinci səviyyəli orgdomeninə aiddir.
Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətinolduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur.
Milli domenlər – .az, .ru, .us və s.
ccTLD – milli zonalarda domenlərə nəzarət edən – domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn, AZ – Azərbaycanın Internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Almaniyada milli domen – DE, Rusiyada – RU, ABŞda – US, Türkiyədə – TR və s. qəbul edilmişdir.
Funksional domenlər – .com, .org, .net, .info və s.
gTLD - funksional zonalarda domenlərə nəzarət edən – domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.
Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir: kommersiya saytları – COM, rəsmi dövlət saytları – GOV, təşkilat saytları – ORG, hərbi mövzuda saytlar – MİL, təhsil haqqında saytlar – EDU, və s. kimi adlandırılırlar. Funsional domenlərin paylanması ilə əvvəllər yalnız InterNic Beynəlxalq təşkilatı məşğül olurdusa,1999-cü ildən domen adlarının qeydiyyatdan keçirilməsi ilə dünyada bir çox nüfuzlu təşkilatlar məşğul olmağa başladılar: GO DADDY, ENOM, NETWORK SOLUTIONS və s.
Hiç yorum yok:
Yorum Gönder